featured-image-69403

Luis Suares MLS-də 3 oyunluq cəzalandırılıb.

Msport.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Liqa Kubokunun final matçı bitdikdən sonra “Sietl Sounders”in əməkdaşına tüpürdüyünə görə MLS-də üç oyunda meydana çıxa bilməyəcək.

38 yaşlı forvard daha əvvəl bu hadisəyə görə Liqa Kubokunda altı oyunluq cəzalandırılmışdı.

Qeyd edək ki, “İnter Mayami” kubok matçında “Sietl”ə 0:3 hesabı ilə uduzmuşdu. Final fitindən sonra meydançaya qaçan futbolçularla məşqçilər və əməkdaşlar arasında meydanda kütləvi dava düşmüşdü.

Bu mövsüm Suares “İnter Mayami”nin heyətində bütün turnirlərdə 32 oyun keçirib, 10 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər