featured-image-39295

Braziliyanın “Qremio” klubunda çıxış edən Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu MLS təmsilçisi “İnter Mayami” ilə anlaşıb.

Uruqvaylı oyunçu yanvarda yeni klubuna qoşulacaq.

Qeyd edək ki, “Barselona”nın sabiq futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Alba da bu komandanın formasını geyinirlər. Suares 2014-2020-ci illərdə Kataloniya klubunun formasını geyinib.

Bənzər xəbərlər