featured-image-66904

“İnter Mayami”nin futbolçusu Luis Suares ilin sonunda klubdan ayrılacaq.

Msport.az xəbər verir ki, 38 yaşlı forvard MLS təmsilçisi ilə müqaviləsini yeniləməyəcək.

Onun karyerasını başa vuracağı gözlənilir. Uruqvaylı 2024-cü ilin yanvarından “İnter Mayami”də çıxış edir. O, 34 qolla klub tarixində ən çox qol vuran ikinci oyunçu adını qazanıb.

Bu mövsüm Suares bütün yarışlarda 25 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər