featured-image-59449

Luka Modriç “Real”ın tarixinə düşüb.

Msport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.

O, La Liqanın XII turundan təxirə salınan matçında “Valensiya”nın (2:1) qapısına yol tapıb. Luka 39 yaş 116 günlüyündə fərqlənib. O, 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.

Bu matç Lukanın “Real”da 561-ci oyunu olub. O, bununla da klub tarixində ən çox görüşə çıxan 10 futbolçusu sırasına qoşulub.

Qeyd edək ki, “Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxan Luka 5 dəqiqə sonra qol sevinci yaşayıb.

Bənzər xəbərlər