Lukaku Turində irqçi təhqirlərə məruz qalıb
“İnter”in hücumçusu Romelu Lukaku “Yuventus” azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Msport.az xəbər verir ki, hadisə İtaliya kubokunun ilk yarımfinal oyununda (1:1) baş verib.
İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə hakim Turin klubunun qapısına penalti təyin edib. 29 yaşlı belçikalı hücumçu nöqtəyə yaxınlaşıb. O, zərbə vurmağa hazırlaşan zaman “Alyans Stedium”a toplaşmış fanatlar irqçi şüarlar səsləndiriblər, meymun səsi çıxarıblar.
Lukaku 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Forvard qol sevincini qeyd edərkən fanatların susmasına işarə edən jest göstərib.
Bundan sonra hər iki komandanın futbolçuları arasında münaqişə baş verib. Nəticədə, Lukaku 2-cı sarı vərəqəni alaraq meydandan qovulub.
“İnter”dən Samir Handanoviç, “Yuve”dən isə Xuan Kuadrado da qırmızı vərəqə ilə cəzalanıb.
ANAR







