featured-image-25242

Romelu Lukaku mövsümün sonunda “Çelsi”yə qayıdacaq. Msport.az “Sky Sport İtalia”ya istindən xəbər verir ki, belçikalı futbolçu “İnter”lə müqaviləsini uzatmayacaq. Bu barədə Milan klubunun baş direktoru Beppe Marotta məlumat verib:

“İcarə 1 illik nəzərdə tutulmuşdu və onun müddəti iyunun 30-da başa çatır. Mövsümün sonuna kimi necə çıxış edəcəyindən asılı olmayaraq, Lukaku “Çelsi”yə dönəcək.

Dünya çempionatı ilə bağlı fərqli vaxtda fasilə yarandığından hamı üçün anomal mövsüm keçir. Lukaku buna misaldır, Brozoviç də əvvəlki kimi oynaya bilmir. Hər ikisi zədədən əziyyət çəkirdi və hələ də tam düzəlməyiblər.

Lukaku ideal formasını bərpa edə bilmir. Lukaku ötən mövsümlərdəki Lukaku deyil”.

29 yaşlı forvard bu mövsüm 18 oyunda 5 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər