Lukaku “Yuve” ilə anlaşdı
Romelu Lukaku karyerasını İtaliyada davam etdirəcək.
Msport.az xəbər verir ki, belçikalı futbolçu “Yuventus”a transfer olunacaq.
Turin klubu 30 yaşlı hücumçu üçün “”Çelsi”yə 40 milyon avro ödəyəcək. Forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib.







