featured-image-34493

“Tottenhem”dən ayrılan Lukas Mouranın yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu yetirməsi olduğu “San-Paulo” komandasına keçib. 30 yaşlı futbolçuyla 2023-ci ilin axırınadək davam edən müqavilə bağlanılıb.

“San-Paulo” bir neçə gün öncə kolumbiyalı məşhur futbolçu Xames Rodriqesi də transfer etdiyini açıqlamışdı.

Qeyd edək ki, Moura 2018-ci ildən London klubunda çıxış edirdi. O, son mövsüm ərzində 18 oyunda iştirak edib, cəmi 1 qol müəllifi olub.

Royal Türksoy

Bənzər xəbərlər