featured-image-68826

“Real”ın sabiq futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 34 yaşlı oyunçu “Bayer”lə müqavilə imzalayacaq.

Tərəflər arasında artıq razılıq əldə olunub. O, azad agent kimi Leverkuzen klubuna keçəcək. Futbolçu gizli şəkildə tibbi müayinədən keçib. Müqavilə bu gün açıqlana bilər.

Qeyd edək ki, Vaskes bu yay “Real”dan ayrılıb. O 2007-ci ildən Madrid təmsilçisinin heyətində 402 oyuna çıxıb. Bu müddət ərzində o, 23 titul qazanıb.

Bənzər xəbərlər