featured-image-49379

“Qarabağ”la yolları ayrılan rusiyalı qapıçısı Andrey Lunyov karyerasını ölkəsində davam etdirəcək.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper gözlənildiyi kimi “Dinamo” ilə razılığa gəlib.

Bu barədə insayder İvan Karpov məlumat yayıb. Bildirilir ki, 32 yaşlı çərçivə qoruyucusu Moskva klubunda illik 1,2 milyon avro maaş alacaq.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında cəlb olunmuşdu.

Bənzər xəbərlər