featured-image-29032

Vanderley Lüşemburqu “Korintians” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqavilə bu ilin dekabrına kimi nəzərdə tutulub. Həmin vaxt klubun prezidenti Duilonun idarəçilik müddəti də yekunlaşacaq.

Təcrübəli məşqçi artıq bu gün komandanın sükanı arxasına keçəcək. “Korintias” Libertadores kubokunun qrup mərhələsində “İndependyente de Vale” ilə oyuna çıxacaq.

Qeyd edək ki, bu “Real”ın sabiq baş məşqçisinin “Korintias”a 3-cü qayıdışıdır. O, 1998-ci ildə “ağ-qaralar”la ölkə çempionu olsa da, növbəti ildə Braziliya yığmasını çalışdırmaq üçün klubu tərk edib. 2001-ci ildə isə Lüşemburqu “Korintians”la San-Paulu çempionatında qələbə qaanıb.

Komandanın əvvəlki məşqçisi Kuke bir həftə işlədikdən sonra ictimaiyyətin təzyiqi ilə istefa verib. Azarkeşlər Kukenin 1987-ci ildə İsveçrədə azyaşlı qıza qarşı seksual qısnamaya görə azadlıqdan məhrum edildiyini bilən kimi onun istefasını tələb ediblər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər