“Lyon”dan “Real Madrid”ə
“Lyon”un yarımmüdafiəçisi Rayan Şerki karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Real Madrid” 19 yaşlı futbolçunun agentiylə əlaqə qurub. “Kral klubu” Şerkinin mümkün transferini araşdırır.
Qeyd edək ki, Şerki son mövsümdə 39 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
Royal Türksoy







