featured-image-77460

Fransa millisinin sabiq kapitanı Uqo Lyoris yığmaya qayıda bilər.

Msport.az xəbər verir ki, hazırda ABŞ-ın “Los Anceles” klubunda çıxış edən 39 yaşlı qolkiper dünya çempionatında Fransa millisinə üçüncü qapıçı kimi qayıtmaq variantını nəzərdən keçirir.

Təcrübəli futbolçu 2023-cü ilin yanvarında milli karyerasını başa vurduğunu açıqlamışdı. O, Fransa yığmasının heyətində 145 oyun keçirərək komandanın rekordçusudur.

Qeyd edək ki, hazırda yığmada əsas qapıçı kimi Mayk Menyan çıxış edir. Digər namizədlər arasında isə Lukas Şevalye, Alfons Areola, Jan Byutez və Robin Risser göstərilir.

Bənzər xəbərlər