featured-image-83998

Futbol üzrə Azərbaycan I Liqasında 6-cı tura yekun vurulub.

Msport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.

MOİK Binə qəsəbə stadionunda “Karvan Yevlax”la qarşılaşıb. Qonaqlar 3-cü dəqiqədə Eze Sillasın qolu ilə hesabı açsalar da, bu üstünlüyü qoruya bilməyiblər.

MOİK fasilədən sonra 3 qol vuraraq qələbə qazanıb – 3:1. Ordu klubunun heyətində Emin Zamanov iki dəfə penaltidən fərqlənərək dubl edib.

“Gəncəbasar” Gəncə şəhər stadionunda “Zaqatala”nın qapısından 7 cavabsız top keçirib. Meydan sahiblərinin heyətində Dileyn Açimi het-trik edərək qollarının sayını 12-yə çatdırıb. Kamerunlu hücumçu inamla bombardirlər yarışına başçılıq edir.

“Şimal” isə “Baku Sportinq” üzərində qələbə qazanıb – 5:2.

6 oyundan sonra “Gəncəbasar” və “Şahdağ Qusar” 15 xalla 1-2-ci yerləri bölüşürlər. MOİK 13 xalla 3-cü pillədədir. “Səbail” 11 xalla 4-cü, “Karvan Yevlax” isə 10 xalla 5-ci yeri tutur.

I Liqa

22 oktyabr

MOİK – “Karvan Yevlax”  3:1

Qollar: Emin Zamanov, 62-pen, 82-pen, Elşad Tağıyev, 74 – Eze Sillas, 3.

“Gəncəbasar” – “Zaqatala” 7:0

Qollar: Süleyman Əhmədov, 17, Paulo Quimbila, 38, Dileyn Açimi,45-pen, 53, 83, Rüfət Tahirov, 67, Derek Osey, 84.

“Şimal” – “Baku Sportinq” 5:2

Qollar: Elşad Əliyev, 27-pen, 40, Mustafa Niambele, 70, Niyazi Osmanov, 78, Cavid Quliyev, 90+4 – Sadiq Hüseynli, 50, Əli Babayi, 84.

Bənzər xəbərlər