featured-image-22570

Serji Roberto “Barselona” ilə yeni müqavilə bağlamağa yaxındır. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, futbolçu anlaşmanın daha bir il – 2024-cü ilin iyununa kimi uzadılmasına razı olub.

Eyni zamanda müdafiəçi əməkhaqqısının azaldılmasına da razılıq verib. Yaxın günlərdə müqavilənin artırılması ilə bağlı məlumat veriləcək.

Robertonun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

O, bu mövsüm La Liqada 12 oyunda 2 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər