Macarıstan millisinin heyəti açıqlandı - AVRO-2024
Futbol üzrə Macarıstan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Msport.az Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Marko Rossi 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib.
Qapıçılar: Peter Qulaçi (“Leyptsiq”, Almaniya), Deneş Dibuş (“Ferentsvaroş”), Peter Sappanoş (“Pakş”)
Müdafiəçilər: Botond Baloq (“Parma”, İtaliya), Endre Botka (“Ferentsvaroş”), Marton Dardai (“Herta”, Almaniya), Attila Fiola (“Fehervar”), Adam Lanq (“Omoniya”, Kipr), Villi Orban (“Leyptsiq”), Attila Salai (“Frayburq”, Almaniya)
Yarımmüdafiəçilər: Bendequz Bolla (“Servett”, İsveçrə), Mihayli Kata (MTK), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Laslo Klaynhaysler (“Hayduk”, Xorvatiya), Adam Nad (“Spetsiya”, İtaliya), Jolt Nad (“Puşkaş Akademiya”), Loik Neqo (“Havr”, Fransa), Andraş Şefer (“Union”, Almaniya), Kallum Staylz (“Sanderlend”, İngiltərə)
Hücumçular: Martin Adam (“Ulsan Hyundai”, Cənubi Koreya), Kevin Çobot (“Uypeşt”), Daniel Qazdaq (“Filadelfiya Union”, ABŞ), Kristofer Horvat (“Keçkemeti”), Roland Sallai (“Frayburq”, Almaniya), Dominik Soboslai (“Liverpul”, İngiltərə), Barnabas Varqa (“Ferentsvaroş”).
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Macarıstan millisi Almaniya, Şotlandiya və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq.