featured-image-42966

İspaniya La Liqasının XXIII turunda Madrid derbisi gerçəkləşib.

Msport.az xəbər verir ki, mərkəzi qarşılaşmada “Real” və “Atletiko” üz-üzə gəliblər.

“Santyaqo Bernabeu” stadionundakı görüş 1:1 hesabı ilə yekunlaşıb. 20-ci dəqiqədə Brahim Dias meydan sahiblərini hesabda önə çıxarıb. 90+3-cü dəqiqədə isə Markos Llorente bərabərliyi təmin edib.

Hazırda “Real” 58 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko” 48 xalla dördüncüdür.

Bənzər xəbərlər