featured-image-23888

İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən “Atletiko” ilə oyun “Real”ın hücumçusu Alvaro Rodriqes üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, 1:1 hesabıyla bitən bu matçda komandasının yeganə qolunu məhz 18 yaşlı forvard vurub.

Bununla da o, 21-ci əsrdə Madrid derbisində qol vuran ən gənc futbolçuya çevrilib. Alvaro 18 yaş 226 günlüyündə fərqlənib.

Bundan əvvəlki rekord Qonsalo İquayna məxsus idi. “Real”ın keçmiş hücumçusu 2007-ci ildə “Atletiko”nun qapısına 19 yaş 76 günlüyündə qol vurmuşdu.

Bənzər xəbərlər