“Madrid məni sevir, amma həyatım boyu “Real”ı çalışdıra bilmərəm”
Mövsümün sonunda “ağ-qaralar”ı tərk edəcək “Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubuna təşəkkür edib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bundan sonra da “kral klubu”na azarkeşlik edəcəyini bildirib:
“Heç vaxt Madridin məni istəmədiyini hiss etmədim. Madrid məni sevir və həmişə də belə olacaq. Onlar həmişə mənə qarşı bu hissləri göstəriblər. Amma bütün həyatım boyu “Real”ı çalışdıra bilmərəm. Bu da bitəcək və bunun bir çox səbəbi var. Bəlkə klub nəyisə dəyişməlidir. Mən qarışqadan fil düzəltmirəm. Bundan sonra da “Real” azarkeşi olacağam”.
Qeyd edək ki, Ançelotti “Real”dan ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi olacaq. Artıq onunla rəsmi müqavilə imzalanıb.