Mahir Emreli növbəti oyunu buraxacaq
“Dinamo”da çıxış edən Mahir Emreli “Hayduk”a qarşı Xorvatiya çempionatının XIX tur matçında iştirak etməyəcək.
Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlama verib.
Mütəxəssis Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.
Qeyd edək ki, dekabrın 17-də reallaşacaq “Dinamo” – “Hayduk” derbisi Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan “Hayduk” isə liderdir.







