featured-image-13700

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya mətbuatında müzakirə mövzusuna çevrilib.

Msport.az xəbər verir ki, “germanijak.hr” saytının ekspertləri “Dinamo”nun (Zaqreb) hücumçusunun hazırkı durumunu dəyərləndirib.

Jurnalistlər Xorvatiya klubunda əsas heyətdən kənarda qalan Mahirin kollektivə heç cür uyğunlaşa bilmədiyini vurğulayıblar:

“Maksimir”dəki Azərbaycan millisinin futbolçusu yoldan keçən kimi görünür. Bəzən onun burada olduğunu da unuduruq. Bu mövsüm cəmi 173 dəqiqə meydanda olub və bir qolla yadda qalıb. Mahir “Dinamo”ya ciddi töhfə verməkdən uzaqdır. Ante Çaçiç mövsümün əvvəlində onu oyunqurucu kimi oynatmaq istəyirdi. Baxmayaraq ki, Mahir cinahda da oynaya bilir. Emreli bu mövqelərin heç birində özünü göstərə bilmədi. Üstəlik, o, “Dinamo”ya keçəndən sonra artıq bir neçə dəfə zədələnib. Emreli deyəsən, komandanın soyunub-geyinmə otağına və komanda yoldaşlarına hələ tam uyğunlaşmayıb. Əsas sual Mahirin qış fasiləsinə qədər nə qədər forma şansı əldə edəcəyidir. Çünki hücumun mərkəzində Petkoviç və Drmiç, sağ cinahda Şpikiç Mahirin qarşısındadır. Azərbaycanlı futbolçunun gələcəyi hələ də böyük müəmmalıdır”.

Bənzər xəbərlər