featured-image-15708

Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda “Milan”a məğlub olduqları (0:4) oyunu şərh edib.

Msport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İtaliya çempionuna qarşı mübarizə aparmağın çətin olduğunu deyib:

“Nəticə pisdir. “Milan” daha yaxşı oynadı, lakin bizim də şanslarımız oldu. Azarkeşlərimizdən üzr istəyirəm, onlar sadəcə əla idi. Lakin belə bir komandaya qarşı mübarizə aparmaq çox çətindir”.

Beş turdan sonra “Milan” 7 xalla E qrupunun turnir cədvəlində 2-ci yerdədir. “Dinamo” isə sonuncudur – 4 xal.

Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir. O, “Milan”la matçda sonadək ehtiyatda qalıb.

Bənzər xəbərlər