featured-image-30739

“Vilyarreal” Zaqreb “Dinamo”sunun qapıçısı Domenik Livakoviçi transfer etməyə yaxındır. Msport.az “Relevo”ya istinadən xəbər verir ki, İspaniya klubu yanvar ayından qolkiperi izləyir.

“Sarılar”  28 yaşlı futbolçu ilə razılığa gəlsələr də, “Dinamo” ilə transfer məsələlərini həll etməlidirlər. Xorvatiya klubu Livakoviçə görə, 10 milyon avro tələbb edir. “Vilyarreal”ın qapıçı üçün ilk təklifi 7 milyon olub. Yaxın günlərdə danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, “Fənərbaxça” da qapıçı ilə maraqlanırdı.

Livakoviç bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 13 matçda qapısının toxunulmazlığını qoruya bilib.

Livakoviçin “Dinamo” ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

ANAR 

 

 

Bənzər xəbərlər