featured-image-35783

UEFA Zaqreb “Dinamo”sunun azarkeşlərinə ən azı 2023/2924 mövsümünün sonuna qədər komandanın avrokuboklardakı səfər oyunlarına gəlməyi qadağan edib.

Msport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bu qərarın verilməsinə Afinada Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan bir gün əvvəl AEK və “Dinamo” azarkeşləri arasında kütləvi davanın baş verməsi səbəb olub. Dava zamanı Yunanıstan klubunun azarkeşi ölüb, oyun təxirə salınıb.

Qeyd edək ki, “Dinamo” iki görüşün nəticəsinə (1:2, 2:2) əsasən ÇL-də mübarizəni dayandırıb.

Xatıradaq ki, Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli oynayır.

Bənzər xəbərlər