featured-image-24400

Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” daha bir transfer reallaşdırıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “yaşıl-ağlar” Niko Rakla müqavilə bağlayıb.

19 yaşlı dayaq yarımmüdafiəçsi Xorvatiyanın “Sibernik” klubundan cəlb edilib. “Sibernik”də 47 oyunda meydana çıxan futbolçu 2 məhsuldar ötürmə verib.

4.5 illik müqaviləyə imza atan gənc istedad yeni komandasında 27 nömrəli formanı geyinəcək.

AYXAN 

Bənzər xəbərlər