featured-image-55170

Almaniya II Bundesliqasında 8-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səhərdə “Hannover”in qonağı olub.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Mahir 75-ci dəqiqədə fərqlənib. Maraqlıdır ki, “Hannover” qollarını məhz həmyerlimiz meydanı tərk etdikdən sonra vurub. 79-cu dəqiqədə penaltidən Halstenberq, 80-də isə Momuluh fərqlənib.

7  oyundan sonra hesabında 7 xal olan “Nürnberq” 18 komanda arasında 14-cü yeri tutur.

 

Bənzər xəbərlər