Mahir oynadı, "Konyaspor" əzmkar qələbə qazandı
Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” bu gün Super Liqada növbəti oyununu keçirib. Msport.az xəbər verir ki, “yaşıl-ağlar” öz meydanında “Trabzonspor”la qarşılaşıb. Matç Konya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri hesabda geri düşsələr də, əzmkar qalibiyyət əldə ediblər.
46-cı dəqiqədə meydana daxil olan Mahir sona qədər oynayıb. .Millimizin üzvü 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Konyaspor” 31 oyundan sonra 45 xalla 6-cı sıradadır. “Trabzonspor” isə 30 oyuna 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.