featured-image-45082

Türkiyənin “Fənərbağça” klubu UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Msport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 1/8 finalın cavab oyununda Belçikanın “Yunion” kollektivini qəbul edib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 1:0. “Fənərbağça” səfərdəki qalibiyyət (3:0) sayəsində növbəti raunda yüksəlib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu turnirdə mübarizəni dayandırıb.

İlk görüşdə qələbə qazanan (2:0) Zaqreb təmsilçisi Yunanıstanda PAOK-a böyük hesabla uduzub – 1:5.

Bənzər xəbərlər