featured-image-28284

Millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Konyaspor” Türkiyə Super Liqasının 29-cu turunda öz meydanında “Adana Demirspor”a uduzub. Msport.az xəbər verir ki, meydan sahibləri 28-ci dəqiqədə hesabda geri düşsə də, Mahir 41-ci dəqiqədə gözəl qolla tarazlığı bərpa edib. Start heyətində meydana çıxan Emreli 60-cı dəqiqədə əvəzlənib.

48-ci dəqiqədə Ndiayenin qolu ilə Adana klubu 2:1 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, “Adana Demirspor” 48-ci dəqiqədə azlıqda qalıb. Akintola qırmızı vərəqə alıb.

“Konyaspor” 29 oyundan sonra 39 xalla 9-cu yeri tutur.

 

Bənzər xəbərlər