featured-image-15927

Xorvatiya çempionatında 15-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Osiyek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Bu, Zaqreb təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

Məğlubiyyətə baxmayaraq, “Dinamo” 15 turdan sonra 35 xalla zirvədə qərarlaşıb.

Bənzər xəbərlər