Mahirli “Dinamo” növbəti oyununa çıxır
Mahir Emrelinin formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 3-c tur oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Zareb təmsilçisi doğma meydanda “Qoritsa” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Dinamo” hazırda 3 xalla 5-ci, “Qoritsa” 4 xalla 3-cü pillədə qərarlaşıb.
5 avqust
23:00. “Dinamo” (Zaqreb) – “Qoritsa”







