Mahirli "Konyaspor" doğma divarlar arasında xal itirdi
Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma divarlar arasında “Kayserispor”la bərabərə qalıb – 2:2.
Start heyətində meydana çıxan həmyerlimiz 56-cı dəqiqədə əvəzlənib.
“Konyaspor” 46 xalla 7-ci yeri tutur.