Mahirli "Rakuv" yenə qələbəyə həsrət qaldı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti oyunua çıxıb.
Msport.az xəbər verir ki, “Rakuv” 7-ci turda səfərdə Poznan “Lex”inə uduzub – 0:1.
Mahir start heyətində meydana çıxıb və sonadək meydanda olub. O, əlavə olunmuş dəqiqələrdə sarı vərəqə alıb.
7 oyundan sonra hesabında xalı olmayan “Rakuv” sonuncu, 18-ci yerdədir.







