featured-image-16651

UFC üzrə keçmiş dünya çempionu Konor Makqreqor “Liverpul” klubunu almaq istəyir.

Msport.az xəbər verir ki, məşhur irlandiyalı idmançı özü belə açıqlama verib. İngiltərə təmsilçisi satışa çıxarıldıqdan sonra azarkeşlər sosial şəbəkələrdə Makqreqordan klubu almağı xahiş ediblər:

“Məmuniyyətlə! Komandanın satışa çəxarılmasını eşidən kimi bu haqda informasiya öyrənməyi tapşırmışam. Hadisələrin dönüşünə bax! Hansı klub”!

İrlandiyalı idmançı əvəllər “Seltik”, “Çelsi”, “Mançester Yunayted” klublarını almaq istədiyini bəyan etmişdi.

Noyabrın 7-də məlum oldu ki, 2010-cu ildən “Liverpul”un səhmlərinə sahib olan “Fenway Sports Group” (FSG) potensial alıcılar üçün təqdimat hazırlayıb.

“Liverpul” tarixi, titulları, azarkeşlərinə və yüksək kommersiya qiymətliliyinə görə 4 miyarddan baha satıla bilər.

Bənzər xəbərlər