featured-image-28143

İspaniya La Liqasında 29-cu tur başa çatıb. Msport.az xəbər verir ki, turun son oyununda “Selta” “Malyorka”nı qəbul edib. Qonaqlar 21-ci dəqiqədə Ndiayenin vurduğu qol sayəsində səfərdən minimal hesablı qələbə ilə dönüblər. “Malyorka”nın  6 oyunluq qələbəsiz seriyası başa çatıb. Qeyd edək ki, “Selta”nın heyətində Uqo Malyo 90+3-cü dəqiqədə qırmızı vərəqə alıb.

Turnir cədvəlinə 73 xala malik “Barselona” başçılıq edir. “Real” 62 xalla 2-ci pillədədir. “Atletiko”nun 60, “Real Sosyedad”ın isə 51 xalı var.

İspaniya La Liqası
29-cu tur
14 aprel

Rayo Valyekano – Osasuna 2:1
Qol: A.Hernandes, 40-öz qapısına. Palason, 43 – M.Qomes, 66.

15 aprel

Vilyarreal – Valyadolid 1:2
Qol: Kapue, 74 – Amalla, 2. El Yamiq, 34.

Atletik – Real Sosyedad 2:0
Qol: İ.Uilyams, 33; 70.

Betis – Espanyol 3:1
Qol: A.Peres, 27. Miranda, 34. Karvalyo, 69 – Montes, 48.

Kadis – Real 0:2
Qol: N.Fernandes, 72. Asensio, 76.

16 aprel

Jirona – Elçe 2:0
Qol: Kastelyanos, 45. Romeu, 70.

Xetafe – Barselona 0:0

Atletiko – Almeriya 2:1
Qol: Qrizmann, 5; 43 – X.Ximenes, 37-öz qapısına.

Valensiya – Sevilya 0:2
Qol: Bade, 55.

17 aprel

23:00. Selta – Malyorka 0:1

Bənzər xəbərlər