featured-image-66480

Klublararası dünya çempionatının daha 2 qrupunda ikinci tur başa çatıb.

Msport.az xəbər verir ki, H qrupunda “Zalsburq” (Avstriya) “Əl-Hilal”la (Səudiyyə Ərəbistanı) qarşılaşıb.

Matçda hesab açılmayıb. 1 xal qazanan Avstriya təmsilçisi Madrid “Real”ı ilə xallarının sayını bərabərləşdirib – 4 xal. Onlar növbəti turda qrup birinciliyi uğrunda mübarizə aparacaqlar. Aktivində 2 xalı olan “Əl-Hilal” isə xalsız olan “Paçuka” (Meksika) ilə gücünü yoxlayacaq.

H qrupunda isə “Mançester Siti” “Əl-Əyn”ı darmadağın edib – 6:0. Nəticədə xallarının sayını 6-ya çatdıran “şəhərlilər” adını 1/8 finala yazdırıb. G qrupundan növbəti mərhələyə 6 xalla “Yuventus” (İtaliya) da vəsiqəni rəsmiləşdirib. Son turda bu komandalar qrup liderinin adına aydınlıq gətirəcək. Hesabında xalı olmayan “Vidad Kasablanka” ilə “Əl-Əyn” isə 3-cü yer uğrunda oynayacaqlar.

Bənzər xəbərlər