featured-image-63467

“Mançester Siti” mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək.

Msport.az xəbər verir ki, “şəhərlilər” xüsusən yarımmüdafiə xəttində təmizləmə işləri aparacaq.

Konkret olaraq 3 orta sahə oyunçusunun yayda komandadan ayrılması gözlənilir. Bunlar Cek Qriliş, Kevin De Bruyne və İlkay Gündoğandır. Onların hər üçün rəhbərliyin və baş məşqçi Pep Qvardiolanın gələcək planlarına daxil deyil.

Qeyd edək ki, “Mançester Siti” 30 turdan sonra 51 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşır.

Bənzər xəbərlər