“Mançester Siti” bu mövsüm nə qədər qazandı?
“Mançester Siti” 2022-2023 mövsümünün yekunlarına əsasən, 341 milyon avro gəlir əldə edib. Msport.az xəbər verir ki, “şəhərlilər” Çempionlar Liqasından (ÇL) başqa, İngiltərə Premyer Liqasını və ölkə kubokunu da qazanıb.
Premyer Liqadakı qalibiyyətə görə “Siti” 209 milyon avroya yaxın pul alacaq. ÇL-dəki qələbə onlara 127,5 milyon avro, İngiltərə kubokundakı qalibiyyətin qarşılığı isə 4,5 milyon avro olub.
“Mançester Siti” UEFA-nın klub reytinqinə də başçılıq edir. İkinci yerdə “Bayern”, 3-cü sırada “Çelsi”dir.







