“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisini transfer edir
Mateo Kovaçiç karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu bərədə insayder Fabritsio Romano məlumat yayıb.
“Şəhərlilər” 29 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlara başlayıb.
“Çelsi” futbolçusunu satmağa hazırdır.
Danışıqlar yaxın günlərdə davam etdiriləcək.
Xorvatiyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.







