featured-image-24088

İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinə start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Lester Siti” evdə “Blekbern”ə uduzaraq mübarizəni dayandırıb. “Stok Siti”nin qonağı olan “Brayton” 1/4-ə vəsiqəni tək qolla təmin edib. “Fulhem” “Lids” üzərindəki inamlı qələbə ilə arzusuna çatıbsa, “Mançester Siti” də “Bristol Siti” səddini darmadağınla keçib.

İngiltərə Federasiya Kuboku
1/8 final

28 fevral

Stok Siti – Brayton 0:1
Qol: Ferquson, 30.

Lester Siti – Blekbern 1:2
Qol: İheanaço, 67 – Dolan, 33. Şmodiç, 52.

Fulhem – Lids 2:0
Qol: Palinya, 21. Solomon, 56.

Bristol Siti – Mançester Siti 0:3
Qol: Foden, 7; 74. De Bruyne, 81.

1 mart

23:15. Sauthempton – Qrimsbi
23:30. Bernli – Flitbud
23:45. Mançester Yunayted – Vest Hem
23:55. Şeffild Yunayted – Tottenhem

Bənzər xəbərlər