featured-image-45342

“Mançester Siti”nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 30-cu turunda “Arsenal”a qarşı keçirəcəklər oyunu buraxa bilər.

Msport.az xəbər verir ki, 23 yaşlı norveçli hücumçu milli komandanın məşqində zədələnib. 

Forvard meydanı axsayaraq tərk edib və məşqə qayıtmayıb.

Beləliklə, o, Norveçin Çexiya və Slovakiya milliləri ilə oyunlarını buraxmalı olacaq. Eyni zamanda, bombardirin 30-cu turdakı “Arsenal”la qarşılaşması da böyük sual altındadır. “Şəhərlilər” “topçular”ı martın 31-də qəbul edəcək.

Xatırladaq ki, cari mövsümdə Holann “Mançester Siti”də 34 oyun keçirib və 29 qola imza atıb. Onun aktivində həmçinin altı məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyununadək davam edir.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” başçılıq edir. London təmsilçisinin 28 oyundan sonra 64 xalı var. Onun ən yaxın təqibçiləri eyni xala malik (lakin qol fərqində geri qalan) “Liverpul” və bir xal az toplamış “Mançester Siti”dir.

Bənzər xəbərlər