featured-image-45827

İngiltərənin “Mançester Siti” klubu “Arsenal”a qarşı keçirəcəkləri Premyer Liqanın XXX tur matçına iki itki ilə çıxacaq.

Msport.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Təcrübəli mütəxəssis Con Stounz və Kayl Uokerin bu oyunu buraxacağını söyləyib.

Qvardiola Manuel Akanjinin bu qarşılaşmaya hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, martın 31-də keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

Bənzər xəbərlər