featured-image-25129

“Mançester Siti” hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalamağa hazırlaşır.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 23 yaşlı argentinalı ilə bütün şərtlər razılaşdırılıb.

Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq və son dünya çempionunun maaşı artırılacaq.

Alvares 2022-ci ilin yanvarında “şəhərlilər”ə keçib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər