featured-image-70135

“Mançester Siti” futbolçusu Savinyo ilə yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Braziliyalı vingerin yeni sözləşməsi 2031-ci ilin iyununa qədərdir. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir. 21 yaşlı futbolçunu “Tottenhem” heyətinə cəlb etmək istəsə də, “şəhərlilər” bu keçidə razı olmayıb.

Qeyd edək ki, Savinyo bu mövsüm “Mançester Siti”nin heyətində 8 matça çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.

Bənzər xəbərlər