“Mançester Siti”dən 90 milyonluq transfer
“Mançester Siti” “Leypziq”ə 90 milyon avro ödəyərək Coşko Qvardiolu heyətinə qatmağa yaxındır.
Msport.az xəbər verir ki, xorvatiyalı müdafiəçinin 5-ci gün Mançesterdə olub, tibbi baxışdan keçəcəyi gözlənilir. 90 milyon avro ilə Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.
21 yaşlı futbolçu 2 ildir çıxış etdiyi “Leypziq”də 88 oyuna çıxıb və 5 qol vurub.







