“Mançester Siti”dən ayrılmaq istəyir
Argentina millisi ilə dünya çempionu olan Julian Alvares İngiltərənin “Mançester Siti” klubundan ayrılmaq istəyir.
Msport.az xəbər verir ki, hücumçu bu yay, ümumiyyətlə, İngiltərəni tərk etməyin əleyhinə deyil.
24 yaşlı dünya çempionu “şəhərlilər”də oyun praktikasının azlığından narahatdı. Bu üzdən Alvares müntəzəm oynaya biləcəyi komandaya keçmək istəyir. Futbolçu həm də daha isti ölkəyə köçməyin tərəfdarıdı. “Mançester Siti” isə onu 70 milyon avrodan ucuz qiymətə buraxmaq fikrində deyil.
Qeyd edək ki, Julian Alvares 2022-ci ildən “Mançester Siti”də çıxış edir.