featured-image-53004

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Maksimo Perrone karyerasını İtaliyada davam etdirəcək.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 21 yaşlı yarımmüdafiəçi icarə əsasında “Komo”da çıxış edəcək. A Seriyası təmsilçisi mövsümün sonunda oyunçunu almaq hüququna malik olacaq.

Qeyd edək ki, Maksimo Perrone ötən mövsüm icarə əsasında İspaniya təmsilçisi “Las Palmas”da çıxış edib.

Bənzər xəbərlər