featured-image-40839

“Mançester Siti” klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan sonra unikal nailiyyətə imza atıb.

Msport.az “Opta”ya istinadən xəbər verir ki, “şəhərlilər” qitənin bir nömrəli turnirində ardıcıl 8 qələbə qazanan ilk İngiltərə təmsilçisidir.

Komanda ötən gecə “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Xosep Qvardiolanın baş məşqçilik etdiyi kollektiv G qrupunda 6 oyundan maksimum – 18 xal toplayıb. “Mançester Siti” ötən mövsüm finalda “İnter”i 1:0 hesabı ilə məğlub edərək bu titula yiyələnib.

Bənzər xəbərlər