“Mançester Siti” futbolçusu üçün 30 milyon avro tələb edir
“Mançester Siti”dən icarəyə götürülən Joau Kanselu İspaniyanın “Barselona” klubunda qala bilər.
Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı cinah müdafiəçisinin keçidi üçün 30 milyon avro tələb edib.
Qeyd edək ki, o, cari mövsüm 21 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







