featured-image-27556

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuhel “Mançester Siti” ilə Çempionlar Liqsının 1\4 final mərhələsinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Msport.az “The Guardian”a istinadən xəbər verir ki, o, rəqibin necə oynadığının onlar üçün aydın olduğunu deyib:

“Bu gecə çalışacam ki, bir az tez yatım. Ümid edirəm ki, yuxuya gedə biləcəm, ən yaxşı hazırlıq yuxudur. Hərdən bunu eləmək də çətin olur. Bu gün səhər çox tez oyandım və bu günkü matçı düşünə-düşünə birbaşa məşq meydançasına getdim.

“Çelsi”də olarkən “Siti” üzərində finaldakı qələbə? Mən həmin oyunu futbolçularla müzakirə etməmişəm, buna gərək də yoxdur. Biz indi öz komandamıza köklənmişik. İstərdim daha bir neçə həftə və ya ayım olsun ki, komandanı daha yaxından tanıyım. Lakin bizim vaxtımız yoxdur. Bizdə xoş həyəcan var və ümid edirəm ki, bu ən güclü keyfiyyətlərimizi göstərməyə kömək edəcək.

“Mançester Siti”nin necə oynadığı bizə məlumdur. Pep artıq 6-7 ildir ki, klubda işləyir və onlar ən yüksək səviyyədədirlər. “Siti” indi futbolun qızıl standartıdır. Onlar əla formadadırlar”.

“Mançester Siti” – “Bayern” oyunu bu gün saat 23:00-da start götürəcək.

ANAR  

Bənzər xəbərlər